Martın 21-də Heydər Əliyev Sarayında “Muğam və Mənəviyyat” adlı ədəbi-bədii kompazisiya gecəsi keçiriləcək.
Gecədə Respublikanın Xalq artisti Arif Babayev, Səkinə İsmayılova, Nəzakət Teymurova, Aygün Bayramova, Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Ehtiram Hüseynov, Azərbaycan Televiziyasının solistləri Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Səbinə Ərəbli, Ayşən Mehdiyeva və Fəraməz Gərmrudi iştirak edəcəklər. Muğam sevənlərə muğam və təsniflərimiz təqdim olunacaq.
Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələrə “Könül” ansamblı müşayiət edəcək.
Biletlərin qiyməti 20-80 manat təşkil edir. Biletləri iticket.az dan onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30