WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın, qeyri-mümkün arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır.
Bu gün sizlərə təqdim etdiyimiz tədbirimiz: WoWoman_Baku: Adagio
Haqqında:
Kitabın adı :Adagio
Sloqanı: Do not let the music end
Böyük İtalyan bəstəkar Tomaso Albinoninin bəstəsi Adagio -ya itafən.
Əsərin dövrü - İkinci dünya müharibəsinin astanası və özü.
Müəllif: Fəridə Məmmədova
Məmmədova Fəridə Raquf qızı 1994-cü il təvəllüdlü rejissor və bədii qiraətçi . 2011-ci il məktəbi bitirdiyi ildə bədii qiraət üzrə Respublika birincisi olmuş və Prezident təqaüdü almışdır. Ardından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olmuş, 2015-ci il bitirdiyi ildə fransız dilində Viktor Hüqonun Notre dame de Paris cathedral musicalını hazırladı və fransız şirkətinə sataraq universitet tarixində qastrola gedən ilk tələbə oldu.
Qayıtdıqdan sonra isə musicalı yenidən Kirxada kilsədə yenidən səhnələşdirdi. 2016-cı ildən İrəvan Dövlət Teatrında rejissor kimi fəaliyyət göstərdi. İrəvan teatrında Fredrix Şillerin Mekr ve Məhəbbət faciəsini minemalizm janrında hazırladı, tamaşa dekabrın 14-də Akademik Dövlət Dram Teatrında oynanıldı . Hazırda isə iki ildən çoxdur üzərində işlədiyi Adaigo adlı ilk povestini ərsəyə gətirib.
Tədbir 29 Mart saat 14:00-18:00-da Nizami Kino Mərkəzində olacaq.
Tədbirdə iştirak pulsuzdur.
Yerlər Məhduddur.
İştirak üçün sadəcə linkdə ki formanı doldurmaq kifayətdir.
http://wowoman.org/az/project/wowoman_baku-adagio/#form
Ünvan: Nizami Kino Mərkəzi, Bülbül prospekti 20
Hər hansı bir sualınız yaranarsa Türkanə İdayət 051-381-11-83 ilə əlaqə saxlaya bilərsiz.