“Unplugged” – Dilarə Kazımovanın canlı konserti

KONSERT / Pop

Yüklənir..

Tədbir haqqında:

“Unplugged” – Dilarə Kazımovanın canlı konserti

YARAT Freestlye: “Unplugged” – Dilarə Kazımovanın canlı konserti

YARAT Freestyle sizi Dilarə Kazımova və digər musiqiçilərin iştirakı ilə keçəcək akustik musiqi axşamına dəvət edir. Konsert zamanı Dilarə yeni “Running” albomundan mahnıları folk və klassik alətlərdən istifadə edərək səsləndirəcək. Səhnədə musiqinin yaranmasının canlı şahidi olmağa hazır olun!

Dilarə Kazımova azərbaycanlı müğənni və aktrisadır. Bakıda dünyaya gələn Dilarə Bakı Musiqi Akademiyasında vokal sənəti təhsili almışdır. 2000-ci illərin əvvəlində o, “Unformal” rok qrupunun üzvü olmuş, daha sonra “Milk & Kisses” duetinin əsas solisti kimi çıxış etmişdir. 2010-cu ildə bu duet Azərbaycanı Yurmalada (Latviya) keçirilən beynəlxalq “Yeni dalğa” festivalında təmsil etmişdir. 2014-cü ildə isə Dilarə Azərbaycanı Kopenhagendə keçirilmiş Avroviziya mahnı yarışmasında təmsil etdmişdir. O həmçinin, “Ukraynanın səsi 2016” (“The voice” layihəsinin bir hissəsi) müsabiqəsinin iştirakçısı olmuşdur. Kazımova iki Azərbaycan filmində də rol almışdır. Bunlara 2016-cı ildə “Nəfəs almamağa çalış” (Fəxrəddin Manafovla birlikdə) və 2007-ci ildə “Sirat körpüsü” (“Unformal” qrupunun tərkibində olarkən filmin saundtrekini ifa etmişdir) filmləri daxildir.

Vokal – Dilarə Kazımova
Gitara – Əli İbrahimzadə
Tar – Fərhad Qədirov
Piano – Camal Qurbanov
Sello – Emin Qaliyev
Skripka – Səid Məmmədov, Kamran Sərxanov
Viola – İlqar Rzayev
Kontrabas – Eldar İsababayev
Nağara – Kənan Orucov
Zərb – Nicat Həsənzadə

Sponsor: Berga Tea
Texniki dəstək: Wedding Art House

Tarix: 16 mart 2017
Vaxt: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə, Çoxtəyinatlı zal)
Giriş sərbəstdir.

Xəritə