İdeyadan Biznesə Doğru İlk Addımlar Təlimi

SEMİNAR / Təlim

Yüklənir..

Tədbir haqqında:

İdeyadan Biznesə Doğru İlk Addımlar Təlimi

Əziz dostlar, NR Academy Sizləri SYOB (Start Your Own Business)  layihəsi çərçivəsində “İdeyadan Biznesə Doğru İlk Addımlar”  təliminə dəvət edir!

Təlim layihənin tərəfdaşı olan ORKHANWAY | Coaching şirkətinin rəhbəri, biznes təlimçi Orxan Şahbaz tərəfindən aparılacaq və aşağıdakı mövzuları əhatə edəcək:

·   Biznes İdeya nədir? Onu necə yaratmaq olar?;

·   İdeyaların generasiyası – kreativ biznes ideyanın tapılması;

·   Biznes ideyada 4 əsas şərt;

·   İdeyaların qiymətləndirilməsi və seçimi (praktiki üsullar);

·   İdeyanın düzgün analizi, biznes ideyanın TEST edilməsi;

·   Biznesə başlamaq üçün ilk addımlar;

·   Uğurlu biznes modelin yaradılması;

·   Biznes misiya və məqsədlərin qoyulması, SMART təhlil;

·   Biznesin Strateji Planlaşdırılması (7 addım).

 Orxan Şahbaz  Odlar Yurdu və USA Lincoln Universitetinin ikili diplom proqramı ilə Biznes İdarəetməsi ixtisası üzrə təhsil alıb. Müxtəlif mövzuda 304 yerli və beynəlxalq təlimlərin, XEROX şirkətinin “Beynəlxalq Marketinq” proqramının məzunu olub.

Beynəlxalq Əmək Təşkilatının Biznes Təlimçisi kimi fəaliyyət göstərir, eyni zamanda  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi özünəməşğulluq proqramının biznes təlimçisidir.

322 Praktiki Təlim Təcrübəsi vardır, hazırda 7 şirkətdə marketinq konsultasiyaları aparır.

ORKHANWAY|Coaching şirkətinin rəhbəridir.


Təlim 12 mart saat 12:00 tarixində Təlim Mərkəzində (Cəfər Cabbarlı 44. Caspian plaza, 2-ci korpus, 16-cı mərtəbə) keçiriləcəkdir.

 

Təlimdə iştirak haqqı – 12 AZN

Tələbələr üçün – 8 AZN

 

Ödənişə daxildir:

● 2 saatlıq təlim;

● Təlim matrealları;

● İştirak haqqında sertifikat;

● Kofe-breyk.

 

Son qeydiyyat tarixi 11 mart saat 18:00-dır.

 

Qeydiyyat üçün NR Academy-nin ofisinə yaxınlaşmağınız lazımdır.

Ünvan : Xəqani (Molokan) bağının yaxınlığı, R.Rza küçəsi 27/15

Əlaqə nömrələri :

(012) 493 49 70

(055) 802 50 76

(050) 386 88 76