Novruz - Burning Hearts Folk Festival 2017

FESTİVAL / Mədəniyyət

Yüklənir..

Tədbir haqqında:

Novruz - Burning Hearts Folk Festival 2017

Festivalin Reqlamenti:

Təşkilatçılar:
Azərbaycan Gənclər İttifaqı
Azərbaycan Müasir və İctimai Rəqs Assosiasiyası

İŞTIRAK ÜCÜN QEYDIYYATIN QAYDALARI


Qeydiyatın turnirdən evvəl kecməsi mütləqdir! İştirakçıların qeydiyyatını kollektivin rəhbəri və ya onun nümayəndəsi etməlidir. İştirak üçün ərizə 18.03.2017 tarixinə qədər təşkilat komitəsinə təqdim olunmalıdır. Tədbirdə qeydiyyat nominasiyaya 30 dəqiqə qalmış bağlanır.
Bütün ərizələr bu ünvana göndərilməlidir: [email protected]
Fonoqram:
Fonoqram keyfiyyətli olmalıdır, MP3 formatında CDdə yazılmalıdır. Diskin üstündə kollektivin adı, nominasiya, rəqsin növü və musiqinin uzunluğu yazılmalıdır. Bir diskdə bir musiqidən çox olmamalıdır. İstirakçıda diskin dublikatı olmalıdır.
Yarısmaya 2 gün qalmış musiqini artıq dəyişmək olmaz! Reqlamentin şərtləri yerinə yetirilməsə, təşkilat komitəsi iştirakçını müsabiqədən kənarlaşdıra bilər.

GİRİŞ/ XEYRİYYƏ TƏQAÜDLƏRİ

• Xeyriyyə təqaüd (giriş bileti) incəsənətin inkişafı üçün - 10 Azn
FOTO VƏ VİDEO ÇƏKİLİŞ
Foto və video çəkiliş hüququ təşkilatçılara aiddir. İştirakçılar, ərizəni göndərməklə, foto və video çəkiliş hüququ təşkilatçılara aid olduğu ilə razılaşırlar. Fərdi foto və video çəkiliş təşkilatçilarin xüsusi icazəsi ilə aparıla bilər. Xeyriyyə təqaüd - 10 Azn.


Təşkilat komitəsi:
ARA sədri – Əziz Əzizov
+994 50 626 66 20

ARA sədr assistenti – Natavan Zeynalova
+99455 707 90 02

Bakı 2017
+99412 497 12 36
+99412 511 26 11
[email protected]