“Mənim tənha şəxsiyyətim və Pa-pa filmləri

TƏQDİMAT / Film

Yüklənir..

Tədbir haqqında:

“Mənim tənha şəxsiyyətim və Pa-pa filmləri

Əziz dostlar,
Martın 7-si YARAT Film Klubu çərçivəsində rejissor Azər Quliyevin qısametrajlı filmlərinin nümayişi baş tutacaq.

“Pa-pa” (14 dəq.)
Anası ilə çətin münasibətlər fonunda gənc oğlan yaşadığı evi tərk etmək qərarına gəlir. Uşaqlıqdan atasız böyüyən gəncin bir məqsədi var – ata yurdunu ziyarət etmək və atasının ailəsini tərk etməsinin səbəbini öyrənmək.

“Mənim tənha şəxsiyyətim” (10 dəq.)
Böyük dünyada tənhalıqdan xilas yollarını axtaran bir tənha insanın hekayəsi.


Filmlər Azərbaycan dilində ingilis subtirləri ilə nümayiş olunacaqlar.

7 MART, 2017
YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Xəritə