Martın 6-da British Council YARAT Müasir İncəsənət Məkanı ilə birgə əlilliyi olan insanların çalışdığı təşkilatlar və əlilliyi olan şəxslər üçün Birləşmiş Krallıq və Azərbaycan təcrübələrini bölüşmək, həmçinin inklusiv mədəniyyət mövzusunda müzakirə etmək məqsədilə seminar və dəyirmi masa təşkil edəcək.
Tədbir zamanı incəsənət və vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən təşkilatlar üçün şəbəkələşmə imkanlanları təqdim olunacaq. Tədbirdə dövlət qurumlarının nümayəndələri, əlillik və sosial inklusivlik sahəsində çalışan yerli təşkilatlar, rəqs və teatr nümayəndələri, təhsil müəssisələri, nüfuzlu şəxslər və potensial sponsorlar iştirak edəcəklər.
Candoco öz yaradıcılığı ilə sərhədləri aşan, incəsənət dünyasını zənginləşdirən, əlilliyi olan və olmayan rəqqaslardan ibarət rəqs ansamblıdır. Artıq 25 ildir ki, tamaşaçıları heyran edən Candoco ansamblı “Beheld” və “Set and Reset/Reset” rəqs şousunu təqdim edir.
10:00 - 10:50 Candoco rəqs ansambl nümayəndəsinin seminarı
11:00 - 12:00 Əsa teatrının təqdimatı
12:00 - 13:00 Yerli ekspertin təqdimatı
13:00 - 14:00 British Council tərəfindən təşkil edilən və yeni əlaqələrin (şəbəkələrin) qurulmasına həsr olunan işgüzar görüş
14:00 17:00 Candoco ansamblının rəqqaslarının ustad dərsi
Tarix: 06 Mart, saat 10:00-17:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə - Çoxtəyinatlı zal)
Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanına yaxın.
Giriş: Öncədən qeydiyyatla, ödənişsiz.
Ətraflı məlumat və ya suallar üçün əlaqə saxlaya bilərsiniz:
Dilarə İbrahimova | incəsənət üzrə menecer +994 12 497 1593