Rəssamla tanışlıq: Elçin Vəliyev

SEMİNAR / İncəsənət

Yüklənir..

Tədbir haqqında:

Rəssamla tanışlıq: Elçin Vəliyev

YARAT Müasir İncəsənət Məkanı martın 17-i keçiriləcək “Rəssamla tanışlıq” layihəsinin növbəti görüşünü təqdim edir.

Layihənin məqsədi iştirakçıları müasir rəssamların istifadə etdikləri yeni texnologiya və materiallarla yaxından tanış etməkdir. Layihə çərçivəsində dəvət olunmuş müxtəlif nəsil sənətkarları sizinlə müəyyən materiallarla işləmək haqqında öz şəxsi təcrübələrini və peşəkar sirlərini bölüşəcəklər. Onların əsərləri necə yaratıqlarından agah olacaqsınız. Proqramın praktiki hissəsində rəssamın rəhbərliyi altında onu metodologiyasına uyğun olaraq hər bir iştirakçı sadə çalışmaları yerinə yetirəcəkdir.

Tədbirin qonağı Azərbaycan rəssamı Elçin Vəliyevdir. Görüşün mövzusu: “Hiperrealistik rəngkarlıq”.

Elçin Vəliyev – İlya Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun məzunudur. Hal-hazırda Bakı şəhərində yaşayıb-yaradır. Rəssamın əsərləri maraqlı hazırlanma tərzi ilə seçilir. Yağlı boya ilə işlənən və əsasını xalça motivləri təşkil edən 3D effektli əsərlər seyrçilərdə canlılıq təəssüratı yaradır.

Layihə çərçivəsində keçirilən bütün tədbirlərdə iştirak ödənişsizdir, görüşlər YARAT-ın muzey məkanında təşkil ediləcəkdir.

17 mart 2017-ci il, saat 19:00
YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə

Xəritə