Bakı Marafonu - 2017

İDMAN / Qaçış

Yüklənir..

Tədbir haqqında:

Bakı Marafonu - 2017

2017-ci il aprelin 30-da Bakı şəhərində marafon yarışının keçirilməsi nəzərdə tutulub. Marafon Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə “SMG” (“Sport Marketing Group”) şirkəti həyata keçirir.
“Bakı Marafonu - 2017”nin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir. 
 
“Bakı Marafonu - 2017” Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. İştirakçılar arasında tanınmış ictimai-siyasi xadimlər, idmançıların da olması nəzərdə tutulur.
“Bakı Marafonu - 2017”nin missiyası Azərbaycanın idman tarixində yeni mədəniyyət yaratmaqdır. Tədbirin əsas hədəfləri idman sənayesinin inkişafını sürətləndirmək, gəncliyi sağlam və balanslaşdırılmış həyat tərzinə həvəsləndirməkdir.  
Marafon heç bir dövlət təşkilatı tərəfindən maliyyələşdirilmir, tədbirin xərcləri sponsor və qeydiyyatdan keçən iştirakçıların ödənişləri hesabına ödənilir.
 
İnanırıq ki, “Bakı Marafonu - 2017” individual fiziki və zehni sağlamlığa töhfə verəcək, insanların kütləvi və mütəmadi şəkildə idmanla məşğul olduğu cəmiyyətdə ictimai birlik hissini də yaradacaq.  

Özünə qalib gəl! Tənbəlliyinə qalib gəl! Zamana qalib gəl! Məsafəyə qalib gəl! Əngəllərə qalib gəl!
Aprelin 30-da Bakı Marafonu 2017yə qoşulaq, küləklər şəhəri Bakıda küləyə birlikdə qalib gələk!


Ətraflı məlumat və qeydiyyat www.bakumarathon.az saytında!


Əlaqə nömrəsi: 012 310 13 31.