Ulduzlar Keçidi

SEMİNAR / İncəsənət

Yüklənir..

Tədbir haqqında:

Ulduzlar Keçidi

IB Club Ulduzlar Keçidi -ni təqdim edir.

Bu dəfə hər sahədə bir-birindən məhşur simaların bir araya toplanacağı keçiddə ən önəmli qonaqlar IB Club üzvləri olacaq.Dostlarınız bu məhşurlar haqqında danışında siz Mən tanıyıram hətta suallarımı cavablayıb, şəklimizdə var deyib fəxr edəcəksiniz :) . İndiki zamana qədər Əylən , öyrən , yaşa misiyamızın Əylən , Öyrən hissəsini ayrı-ayrılıqda tamamladıq lakin bu dəfə Yaşa -manın tam zamanıdır. Elə isə İLK 7 Ulduz ilə keçidimizə start verək.

Onlar kimlərdir?
Faiq Ağayev - Azərbaycan Respublikasının Xalq Artisti, yaradıcılıq fəaliyyəti ərzində 140-an çox solo konsert vermiş, 2007-ci il 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmişdir.

Qurban Məsimov – IB Club üzvlərinin yaxından tanıdığı, Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, 2000-2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur.

Elxan Elatlı - azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatı. İndiyədək 25 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq,biri qəhrəmanlıq romanı(Qisas gecəsi),digəri psixoloji roman(Mərtəbələr) on yeddisi isə detektiv nəsr əsərləridir.

Çingiz Mustafayev - azərbaycanlı müğənni. 2012-ci ildə Palmas musiqi qrupunu yaradıb. Səhnəyə “Yeni Ulduz” telelayihəsindən qatılıb, gitaristdir. Azərbaycanı bir çox yarışmalarda uğurla təmsil edib.

Azər Qərib - tanınmış Azərbaycan jurnalisti, blogger, səyyah. Bir müddət Lider TVdə Oralar deyə adlandırdığı TV proqram ilə televiziya tamaşçılarının qarşısına çıxmışdır. Tamaşaçılar tərəfindən proqram rəğbətlə qarşılanmışdır.

Rafael Ağayev - Azərbaycan karateçisi, 5 dəfə dünya, 11 dəfə Avropa çempionu. Avropa Oyunlarının çempionu adını qazanmış, qızıl medala sahib olmuşdur.

Fərda Xudaverdiyev - Azərbaycan aktyoru, standupçı, Tək Səbir telelayihəsindən tanıdığımız aktyor, sonralar bir çox kinolarda rol almış və son olaraq “Selfinaz” Stand up şou ilə tamaşaçı qarşısına
çıxmışır.

Bu ilk 7-dir bunun hələ
Ardı var...

İlk qonaqlar:
Fərda Xudaverdiyev ( 4 Mart / 12:00 ),
Çingiz Mustafayev (5Mart / 12:00 )

Ulduzlar Keçidi üçün iştirak yalnız IB Club üzvləri üçündür.

Qeydiyyat linki : https://goo.gl/SA17aZ

Son qeydiyyat tarixi 3 Mart 15:00-dur .

Ətraflı məlumat:
Tel: 012 480 3461, 055 238 4008
E-mail: [email protected]
Ünvan: Cəfər Cabbarlı 40, Caspian Business Center 5-ci mərtəbə (Nizami metrosunun yaxınlığı).
www.ibclub.az