Müştəri Yönümlü Xidmət Mədəniyyəti

SEMİNAR / Təlim

Yüklənir..

Tədbir haqqında:

Müştəri Yönümlü Xidmət Mədəniyyəti

Tədbir haqqında

Müştəri yönümlü yanaşma və satış bacarıqları, daxili və xarici müştəri məmnuniyyəti uğurlu olan xidmət üçün vacib olan əsas anlayışlardandır.

Xüsusilə, front-desk və call centre operatorları üçün səmərəli ünsiyyətin şərtləri və prinsipləri, ünsiyyət zamanı səs tonunun və emosional stabilliyin önəmi, şirkətə şəxsən müraciət edən və ya telefon vasitəsilə hər hansı informasiya almaq niyyətində olan müştərilərə cavab prosesi zamanı diqqətə alınmalı olan faktorlardır. Müştəri məmnunluğunun təmin olunması və ölçülməsi zamanı məhz bu meyarların rolu danılmazdır.

Bu məqsədlə, əgər SİZ də düzgün ünsiyyət qurma bacarığına yiyələnmək, telefonda neqativ emosiyanın və aqressiyanın idarə olunması, müştərini ünsiyyət prosesində düzgün dinləmək və ona düzgün izah etmək bacarıqlarınızı təkmilləşdirmək niyyətindəsinizsə, bu təlim məhz SİZİN üçündür.

Təlim Proqramı

- Keyfiyyətli xidmətin əsasları;
- Müştərilərin cəlb edilməsi – Müştəri konveyeri;
- Müştərilərin əldə saxlanılması;
- Səmərəli ünsiyyətin meyarları;
- NLP və müştəri xidmətləri;
- Müştərilər ilə ünsiyyətdə qadağan olan sözlər;
- Müasir müştərinin ehtiyacları;
- Etiraz və şikayətlərlə iş;
- Problemli müştərilərlə düzgün danışıq üsulları;
- Daxili/Xarici müştəri mümnuniyyəti;
- Müştəri məmnuniyyətin ölçülməsi;
- Gizli müştəri - Mystery Shopping;
- NPS sistemi.

Təlim kimlər üçün nəzərdə tutulmuşdur :
Təlim Müştəri xidmətləri departameniti təmsil edən əməkdaşlar, eyni zamanda rəhbər işçiləri, habelə bu sahədə praktiki vərdişlərə yiyələnmək istəyən digər şəxslər.

Təlimin müddəti: 7 saat
Təlimdə iştirak haqqı: 160 AZN (təlim materialları və kofe breyk qiymətə daxildir)

ALPHA Card sahibləri üçün 15% endirim tətbiq olunur.
Təlim sonrası iştirak haqqında sertifikat təqdim olunacaqdır.

Təlimdə iştirak üçün aşağıdakı formda qeydiyyatdan keçmək lazımdır: https://goo.gl/0HRBdY


Müraciət üçün əlaqə məlumatları:
Tel: (012)409 43 39; (055)909 22 22
E-mail: [email protected]

Xəritə