Köhnə Bakı ölməyib

TƏQDİMAT / Film

Yüklənir..

Tədbir haqqında:

Köhnə Bakı ölməyib

“Köhnə Bakı ölməyib” (Azərbaycan, 2013, 17 dəq.)
Rejissor Murad Abiyev

YARAT Müasir İncəsənət Məkanı Sizi YARAT FİLM KLUB çərçivəsində göstəriləcək kinorejissor Murad Abiyevin “Köhnə Bakı ölməyib” qısametrajlı filminin nümayişinə dəvət edir.

Film həyat yoldaşını itirən, monoton ömür sürən Ağarəhim adlı kişinin əhvalatından bəhs edir. Qəhrəman keçmişin, köhnə Bakının ritmi ilə yaşayır. Müasir həyat onun üçün mövcud deyil. O, səhər oyanır, yeyir-içir, çimir, küçəyə baxır, İçərişəhərin küçələrini dolaşır, xatirələrə dalır, dükana alış-verişə gedir. Günlərin birində evində hardansa qəribə məxluq peyda olur. Onlar söhbətləşir, mübahisə edir və bu qəribə məxluq qəhrəmanın daxili senzurasının sədd çəkdiyi istəklərini dilə gətirir. Qəribə məxluq Ağarəhimi keçmişindən ayırıb indiki zamanın ritminə kökləmək istəyir. Əhvalat onunla bitir ki, çağırılmamış qonaq ev sahibinə arvadının şkafını satmağı və xatirələrdən xilas olmağı təklif edir.

Film Azərbaycan dilində nümayiş olunacaq.

21 fevral 2017-ci il
Saat 19:00
YARAT Müasir İncəsənət Mərkəzi (Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının yaxınlığı)
Giriş sərbəstdir

Xəritə