Freestyle: Selector PRO / Musiqi forumu

KONSERT / Digər

Yüklənir..

Tədbir haqqında:

Freestyle: Selector PRO / Musiqi forumu

Selector PRO musiqi forumu

British Council ASAN radio və YARAT Müasir İncəsənət Mərkəzi ilə əməkdaşlıq şəraitində Selector PRO adlı iki günlük musiqi forumu keçirəcək, bununla da, Birləşmiş Krallığın və Azərbaycanın görkəmli musiqi nəzəriyyəçilərini və mütəxəssislərini bir araya toplayacaqdır.

Proqramın tərkibinə radio verilişlərini, onların hazırlanması prosesini müzakirə etmək məqsədilə radio DJ-ləri üçün təşkil olunan seminarlar, habelə, Azərbaycanın və Birləşmiş Krallığın musiqi sənayesini müzakirə etmək üçün keçirilən ictimai tədbirlər daxildir.

Selector PRO həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır. Tədbir British Council-ın təşəbbüsü ilə hazırlanmış, Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini Azərbaycan auditoriyasına təqdim etmək məqsədi daşıyan radio-şounu və silsilə Selector Live əyləncə gecələrini özündə ehtiva edən Selector musiqi proqramının nəticəsi hesab edilir.

Selector PRO Böyük Britaniyadakı səsyazma studiyalarının, istedadların axtarışı üzrə agentliklərin fəaliyyətinin, festivalların, musiqi jurnallarının və onların əsas inkişaf strategiyalarının ən mühüm aspektlərini əhatə edəcək, habelə, rəqəmsal texnologiyalar dövründə musiqi sənayesində müşahidə olunan qaçılmaz dəyişikliklərə və musiqi anlayışının özündə baş verən inqilabi dəyişikliyə xüsusi diqqət yetirəcəkdir.

Selector PRO tədbirlərinin sırasına açıq konfrans, DJ tədbiri və Britaniyanın və Azərbaycanın aparıcı musiqiçilərinin və jurnalistlərinin iştirakı ilə təşkil olunan seminarlar daxildir. British Council Britaniya musiqi sənayesinin ən təcrübəli peşəkarlarını dəvət etmişdir: Ebbi Makkarti, Sesil Kommunal və Çarli Arm.

QEYD: Qeydiyyat məcburidir. Qeydiyyat üçün: T +994 12 497 1593 or email: [email protected]

Seminarlar və açıq müzakirələr fevralın 23 (14:00-18:00) və 24-ü (10:00- 18:00) keçiriləcək.
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə - Çoxtəyinatlı zal)
Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanına yaxın.
Giriş: Öncədən qeydiyyatla, ödənişsiz.

Xəritə