Rəssamla tanışlıq-Arif Hüseynov

SEMİNAR / İncəsənət

Yüklənir..

Tədbir haqqında:

Rəssamla tanışlıq-Arif Hüseynov

YARAT Müasir İncəsənət Məkanı “Rəssamla tanışlıq” adlı yeni layihəni təqdim edir.

Layihənin məqsədi iştirakçıları müasir rəssamların istifadə etdikləri yeni texnologiya və materiallarla yaxından tanış etməkdir. Layihə çərçivəsində dəvət olunmuş müxtəlif nəsil sənətkarları sizinlə müəyyən materiallarla işləmək haqqında öz şəxsi təcrübələrini və peşəkar sirlərini bölüşəcəklər. Onların əsərləri necə yaratıqlarından agah olacaqsınız. Proqramın praktiki hissəsində rəssamın rəhbərliyi altında onu metodologiyasına uyğun olaraq hər bir iştirakçı sadə çalışmaları yerinə yetirəcəkdir.

İlk tədbirin qonağı Azərbaycanın xalq rəssamı, dəzgah qrafikası ustası, plakatçı və kitab tərtibatçısı Arif Hüseynovdur. Görüşün mövzusu: “Müasir miniatür sənəti”.

Layihə çərçivəsində keçirilən bütün tədbirlərdə iştirak ödənişsizdir, görüşlər YARAT-ın muzey məkanında təşkil ediləcəkdir.

Qeydiyyat üçün +994 50 246 9292 nömrəsinə zəng edin.

24 fevral 2017-ci il, saat 19:00
YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə

Xəritə