S.Y.O.B Təlim Proqramına Qeydiyyat Başladı!

SEMİNAR / Təlim

Yüklənir..

Tədbir haqqında:

S.Y.O.B Təlim Proqramına Qeydiyyat Başladı!

Öz biznesini qurmaq arzusunda olanların nəzərinə!


NR AcademyORKHANWAY | Coaching SYOB (Start Your Own Business) təlim proqramını təqdim edir!
SYOB - dünyanın bir çox aparıcı təlim mərkəzləri tərəfindən ideyasını biznesə çevirmək istəyən, öz işini qurmaq arzusunda olan, investisiya yatırımı axtaran və biznesə yeni başlayan şəxslər üçün təklif olunan uğurlu bir təlim proqramıdır. Yerli biznes mühitini və beynəlxalq təcrübəni nəzərə alaraq təklif etdiyimiz bu proqram sayəsində öz biznesinizi qurmaq daha asan olacaq!

Təlim proqramı 3 modul, 11 əsas təlim, 4 Master Klass və yekun təqdimatdan ibarətdir.
1. Modul : Biznes ideyanın seçilməsi
● İdeyaların generasiyası - biznes ideyanın tapılması
● Biznes ideyanın təsvir edilməsi
2. Modul: Biznes planın hazırlanması
● Marketinq araşdırmaları planının hazırlanması
● Satış həcminin müəyyən edilməsi
● İstehsal həcminin müəyyənləşdirilməsi
● İşçi sayının (ehtiyacının) müəyyən edilməsi və işçilərin seçilməsi
● İnvestisiya həcminin müəyyən edilməsi
● Gəlir və Xərc planının hazırlanması
● Məhsul və xidmətlərin maya dəyərinin hesablanması
● İlkin kapitalın hesablanması və kredit ehtiyacının müəyyən edilməsi
● Biznesin təşkilati-hüquqi formasının seçilməsi
3. Modul: Biznes planın təqdimatı
● Biznes planın düzgün formada yazılması
● Effektiv təqdimatın hazırlanması və təqdim edilməsi

Əlavə olaraq öz sahəsinin peşəkarları tərəfindən 4 Master Klass keçiriləcək:
● Bazar araşdırması, “düzgün” məhsulun yaradılması
● İnsan resurslarının (işçi ehtiyacının) planlaşdırılması və İRP-nın biznes planındakı yeri;
● Biznesin qeydiyyatı və vergi orqanları ilə iş ;
● Təqdimat bacarıqları (investorlar qarşısında çıxış).

Bu da son deyil!
Təlim proqramı ərzində öz biznesini qurmuş 4 uğurlu gənc sahibkar iştirakçılarla görüşəcək və öz təcrübələrini bölüşəcəklər.

Sonda iştirakçılar hazırladıqları biznes planların təqdimatını edəcəklər. Ən yaxşı biznes plan qalib seçiləcək və mükafatlandırılacaqdır. Bütün iştirakçılar sertifikatla təmin olunacaqlar.

Təlim proqramında kimlər iştirak edə bilər?
● Öz biznesini qurmaq istəyənlər;
● Biznesə yeni başlayanlar;
● Hazırda kiçik bizneslə məşğul olanlar;
● Tələbələr;

Təlim proqramına daxildir:
● Tədris vəsaitləri
● Təqdimatlar
● Praktiki çalışmalar, biznes oyunlar
● Yekun biznes planın təqdimatı
● İştirak haqqında sertifikat
● Kofe-breyk

Təlimçilər:
● Orxan Şahbaz
● Ramil Cabbarov
● Mahir Qarayev
● Rəşad Bayramov
● Emin Səttarov
Ətraflı məlumat üçün bu linkə keçid alın - http://bit.ly/2kdWVui

Proqramın müddəti: 2 ay
Tədrisin dili: Azərbaycan dili
Təlim proqramında birdəfəlik iştirak haqqı: 250 AZN
Tələbələr üçün – 200 AZN

QEYD: ödənişi 2 dəfəyə ödəmək imkanı yaradılır.

İlk qrup üçün son qeydiyyat tarixi - 24.02.2017

Təlim proqramı 25 fevral 2017-ci tarixində start verəcək və hər həftə 2 təlim keçiriləcək.

Ətraflı məlumat və qeydiyyat üçün!
Ünvan : Xəqani (Molokan) bağının yaxınlığı, R.Rza küçəsi 27/15
Əlaqə nömrələri :
(012) 493 49 70
(055) 802 50 76
(050) 386 88 76

Təlimin keçirləcəyi ünvan:
Cəfər Cabbarlı 29. Bank BTB-nin binası 5-ci mərtəbə. Təlim Mərkəzi