Şanslı bir fil filmi / Liza Liman (ABŞ)

TƏQDİMAT / Film

Yüklənir..

Tədbir haqqında:

Şanslı bir fil filmi / Liza Liman (ABŞ)

Əziz kinosevərlər,

YARAT Müasir İncəsənət Məkanı Sizi 7 fevral 2017-ci il tarixində, amerikalı rejissor Liza Limanın “Şanslı bir fil” adlı filmini seyr etməyə dəvət edir. Filmin nümayişi ABŞ-nın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunur.

Fil sirk karyerasını bitirdikdən sonra nə ilə məşğul olur? 16 il əvvəl prodüser Devid Boldinq doğmalarını itirmiş Afrika filini, Floranı öz himayəsinə götürdü. Flora böyüdü, möhkəmləndi. İndi onun çəkisi artıq 10 min funtdur və sirkdə çıxış etmək istəmir. Onun yeri azadlıqda, fillər arasında yaşamaqdır. Devid Boldinq öz yetişdirməsinə evinə qayıtmaq üçün kömək etmək qərarına gəlir...

Liza Liman (ABŞ) - sənədli film ssenaristi, rejissor və montajçı. Onun Paola di Florio ilə birlikdə çəkdiyi “Oyaq: Yoqandanın həyatı” (Awake: The Life of Yoganda) filminin premyerası 2014-cü ilin may ayında Sietl Film Festivalında baş tutmuşdur. Həmin film “İlluminate” Film Festivalında “Tamaşaçı rəğbəti” mükafatına, Maui Film Festivalında isə, “Kinonun Ruhu” mükafatına layiq görülmüşdür. Lizanın “Şanslı bir fil” filminin premyerası 2010-cu ildə Los-Anceles Film Festivalında olmuşdur və Beynəlxalq Sənədli Film Festivalı (Amsterdam), Sent-Luis və Starz Denver (ABŞ) kimi film festivallarında nümayiş olunmağa davam etmişdir.

Film ingilis dilində nümayiş olunacaq.
Tarix: 7 fevral 2017-ci il
Saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir.

Xəritə