İnteryer dizayn mühazirəsi / Viktoriya Yakuşa

SEMİNAR / İncəsənət

Yüklənir..

Tədbir haqqında:

İnteryer dizayn mühazirəsi / Viktoriya Yakuşa

YARAT FreeStyle Sizi interyer dizayn mühazirəsinə dəvət edir.

Mühazirənin mövzusu: “İnteryer dizaynında dünya tendensiyaları. Maison & Objet 2017 sərgisinin nəticələri”.

Mühazirə ərzində siz interyer dizaynın bütün qlobal tendensiyaları, o cümlədən Parisdə, “Maison & Objet 2017” sərgisində baş verən maraqlı hadisələrlə ətraflı tanış olacaqsınız. Dizayner Viktoriya Yakuşa sizə mövcud rəng və işıq nüansları, dekor və material seçimində diqqət yetirilməli vacib məqamlar, habelə dekor-material uyğunluğundan bəhs edəcək. Mühazirədə ekoloji interyer, təbii materiallardan istifadə, habelə müasir dövrün ən aktual tendensiyası – forma lakonikliyi və faktura zənginliyi haqqında məlumatlar təqdim olunacaq.

Mühazirəçi haqqında:

Viktoriya Yakuşa - ukraynalı dizayner və memar, bir çox yaşayış evləri və ictimai binalarda interyerlərin müəllifi, “Yakusha Design” studiyasının rəhbəridir.

“Yakusha Design” studiyası 2007-ci ildə təsis edilib və həmin vaxtdan etibarən istedadlı dizaynerlər komandası təkcə Ukrayna deyil, həm də xarici ölkələrdə onlarla uğurlu layihə üzərində çalışırlar. Viktoriyanın üslubu Avropa memarlıq və dizayn anlayışı üzərində qurulub və məhz bu səbəbdən, müasir məkanların yaradılması ilə məşğul olur. Viktoriyanın başlıca yanaşması funksionallıq, lakoniklik və fərdilikdir.

“Yakusha Design” studiyasının layihələri “InterYear” və “Architectural Awards” kimi nüfuzlu müsabiqələrdə ən yüksək yerlərə layiq görülüb və layihələrdən biri “Dünyanın 40 ən yaxşı evi” toplusuna daxildir.

Tarix: 9 fevral, 2017
Vaxt: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının yaxınlığı), tel. (+99412)505 1414
Giriş sərbəstdir

Xəritə