Sığortanın əsasları - risk və anderraytinq təlimi

SEMİNAR / Kariyera

Yüklənir..

Tədbir haqqında:

Sığortanın əsasları - risk və anderraytinq təlimi

Business Management School MMC olaraq Sığorta İşinin Təşkili təlim layihəsinə start veririk. Bu layihə çərçivəsində keçirəcəyimiz ilk təlim olan Sığortanın əsasları - risk və anderraytinq təliminə qeydiyyatlarımız başlamışdır.


� Təlim kimlər üçün nəzərdə tutulur:
Sığorta üzrə mütəxəssislər
Anderraytinq şöbəsinin əməkdaşları
Təkrarsığorta şöbəsinin əməkdaşları
Risklərin idarə olunması şöbəsinin əməkdaşları
Sığorta və təkrarsığorta sahəsində karyera qurmaq arzusunda olan şəxslər

� Təlimdən əldə ediləcək nəticələr:
Sığortanın əsas prinsipləri və sığorta bazarları
Risklərin qiymətləndirilməsi metodları
Netto sığorta haqqının hesablanması
Əmlak və kasko risklərinin anderraytinqi
Təkrarsığortanın formaları və növləri (fakultativ/obliqator təkrarsığorta, proporsional (Q/S, Surplus)/qeyri-proporsional (XoL, Stop Loss, Cat XL) təkrarsığorta)
Təkrarsığorta təminatının qiymətləndirilməsi (XoL scale)

� Təlimin mündəricatı:

Dərs 1 – Sığortanın inkişafı və əsas prinsipləri (2 saat)
Risk nədir?
Sığortanın əsas prinsipləri
Sığortalana bilən və sığortalanmayan risklər
Sığortanın inkişaf tarixi və sinifləri
Sığortada tələb və təklif


Dərs 2 – Sığorta bazarı və onun iştirakçıları (2 saat)
Sığorta bazarlarının müqayisəsi üsulları
- “Sığorta haqlarının həcmi” (Premium Income)
- “Sığorta sıxlığı” (insurance density)
- “Sığortanın nüfusetmə faizi” (insurance penetration rate)
Bazarın təmərküzləşməsi (market concentration) və Herfindahl indeksi
Sığorta bazarının iştirakçıları – alıcılar, satıcılar, vasitəçilər
Sığortanın əsas satış kanalları
Lloyds sığorta bazarı

Dərs 3 – Sığortada anderraytinq (4 saat)
Anderraytinqin əsasları
Risklərin qiymətləndirilməsi metodları
Anderraytinqə təsir edən amillər
Netto sığorta haqqının hesablanması
Anderraytinqdə dövrülük (underwriting cycle)
Sığortada informasiya problemləri: əks seçim (adverse selection) və mənəvi təhlükə (moral hazard)


Dərs 4 – Əmlak və Kasko sığortasında risklərin qiymətləndirilməsi (2 saat)
Hansı risklər sığortalanır
Sığorta təminatının əsası
Tam və qismən sığorta
Sığorta dəyərinin müəyyən edilməsi
Əmlak və kasko risklərinin anderraytinqi
Şəxsi tutumun müəyyən edilməsi

Dərs 5 – Təkrarsığorta (4 saat)
Təkrarsığortanın mahiyyəti
Təkrarsığortanın formaları və növləri (fakultativ/obliqator təkrarsığorta, proporsional/qeyri-proporsional təkrarsığorta)
Fakultativ və obliqator təkrarsığortanın əlverişli və əlverişsiz cəhətləri
Təkrarsığorta təminatının qiymətləndirilməsi (XoL scale)
Təkrarsığorta biznesinin iştirakçıları
Alternativ risk kapitalı və onun sığorta və təkrarsığorta biznesinə təsiri


� Təlimin qiyməti: 150 AZN

Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:
“Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
Tələbələr üçün endirim 5 % nəzərdə tutulub!

- Təlim ödənişini nağd və şirkətimizin bank hesabına köçürmə yolu ilə həyata keçirə bilərsiniz

� Ödənişə daxildir:
-Təlim materialları
-İştirak barədə sertifikat
-Çay – kofe fasiləsi

� Təlimin keçiriləcəyi gün və saatlar:

01 Noyabr (Çərşənbə axşam) : 19:00 - 21:15 / 1-ci dərs
03 Noyabr (Cümə axşamı) : 19:00 - 21:15/ 2-ci dərs
05 Noyabr (şənbə günü) : 14:00 - 18:00 / 3-cü dərs
08 Noyabr (Çərşənbə axşam) : 19:00 - 21:15/ 4-cü dərs
12 Noyabr (Cümə axşamı) : 14:00 - 18:00 / 5-ci dərs


� Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır.
Təlimin sonunda iştirakçılar imtahan ediləcəkdir. Yekun imtahan balı yüksək olanlar müvəffəqiyyət sertifikatı ilə təltif olunacaqdır.

� Təlimçi : ( Təlimçi haqqında məlumatı,aşağıda qeyd olunan adın üzərinə sıxaraq növbəti açılan pəncərədə əldə edə bilərsiz.)

Uğur İbrahimli
http://bmschool.az/telimci/19

Qeydiyyatdan keçmək istəyənlər CV-lərini əlavə edib və mövzu yerinə təlimin adını qeyd edərək [email protected] e-mailinə göndərər bilərlər.

Web: http://bmschool.az/
E-mail: [email protected]
Tel: 055 610 77 01
055 712 44 55
Ünvan: AF Business House (28 May)

Xəritə