Marketinq Mövzu 3 - İstehlakçı Davranışları

SEMİNAR / İqtisadiyyat

Yüklənir..

Tədbir haqqında:

Marketinq Mövzu 3 - İstehlakçı Davranışları

Greatford Business Services günü gündən marketinqə qarşı artan marağı nəzərə alaraq Marketinq təlimlərinə start verir. Təlimlər çərçivəsində bu sahənin təcrübəli mütəxəssisləri öz bilik və təcrübələrini gənc mütəxəssislərlə paylaşacaq və bu sahədə karyera qurmaq istəyən gənclərə öz tövsiyyələrini verəcəklər. Məqsədimiz isə gələcəyin mütəxəssislərinə fayda verməklə, ümumilikdə Azərbaycanda Marketinqin inkişafına bir fayda verməkdir.

Bu dəfəki seminarımız - İstehlakçı Davranışları

Seminara daxildir

1. İstehlak və istehlakçı
2. İstehlakçı davranışları
2.1İstehlakçı rolları
2.2 İstehlakçı satın alma qərarı
2.3Maslow’un ehtiyaclar iyerarxiyası
2.4Tanımlayıcı qərar alma modeli
2.5 İstehlakçı satın alma davranışına təsir edən faktorlar
2.6 Psixoloji, sosial, fərdi, ekonomik faktorlar
2.7Marketinq səyləri
2.8 Satın alma sonrası davranışlar
3.İstehlakçı məmnuniyyəti
4. İstehlakçı şikayətləri

Təlimçimiz iqtisad elimləri üzrə fəlsəfə doktoru-Oqtay Quliyevdir

Oqtay Quliyev - Marketinq sahəsi üzrə ölkənin təcrübəli mütəxəssislərindən biri olub, eyni zamanda İqtisad Elmləri üzrə Fəlsəfə doktorudur. O, bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə alıb. Magistr və doktorantura üzrə təhsilini isə Türkiyədə Sakarya Universitetinin “Marketing” ixtisası üzrə bitirib. Bir çox layihələrdə mütəxəssis kimi iştirak etmişdir. Beynəlxalq elmi görüşlərdə təqdim edilən və bəyanat kitabında nəşr olunan bir çox məqalənin müəllifidir. Əmək fəaliyyətini 2007-ci ildə Kromel Makina Sanayi A.Ş-in “Müştəri təmsilçisi” vəzifəsində başlayıb. 2009-cu ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakültəsində Müəllim vəzifəsində, 2012-ci ildən etibarən isə eyni adlı fakültədə Tələbə Şöbəsi Müdiri vəzifəsində çalışır.

Seminar ÖDƏNİŞSİZDİR

Seminarda iştirak etmək üçün formu doldurun
https://goo.gl/4mUNAr

Əlaqə vasitələri
Telefon: 055 255 15 54
055 717 41 17(whatsapp)
E-mail: [email protected]

Tədbirə aid olan taqlar: