Yüklənir..

Tədbir haqqında:

Elm şənliyi

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gerçəkləşən Elm şənliyi çərçivəsində Xəzər Universitetində Elm Sərgisi keçirələcəkdir!
Gənclərin elmə marağının təbliği və təşviqi üçün nəzərdə tutulmuş bu layihə bir gün çərçivəsində intellektual müsabiqə, elmin müxtəlif sahələri ilə bağlı sərgi və elmi-kütləvi seminarlardan ibarət olacaqdır. Sərgi Dekabr ayının 23-də Xəzər Universitetinin Neftçilər Korpusunda keçiriləcəkdir. Sərgidə əl işlərini, öz fəaliyyətlərini və elmlə bağlı nəaliyyətlərini nümayiş etdirmək istəyən yaradıcı qruplar, təşkilatlar, ictimai birliklər və dövlət qurumları 2016-cı il noyabr ayının 27-ə kimi müraciət edə bilərlər. Müraciət etmək üçün əl işlərinin nümunələrini foto, video və ya eskiz şəklində göstərərək qeydiyyatdan keçə bilərlər. Əl işləri fizika, riyaziyyat, həndəsə, mühəndislik, kimya, texniki, memarlıq və digər dəqiq sahələri üzrə istənilən materialdan hazırlana bilər və yaradıcılığını nümayiş etdirmək istəyən hər kəs çəkinmədən müraciət edə bilərlər. Sərgidə əl işlərini nümayiş edən iştirakçılara Xəzər Universiteti və Azərbaycan Arxeoloqlar Cəmiyyəti adından ən yaxşı yaradıcı və orjinal əsərlərə “Sertifikat” veriləcəkdir. Sərgini izləmək istəyənlər səhər saat 9:00-dan saat 18:00-a qədər Xəzər Universitetinin Neftçilər Korpusuna gələrək şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçərək elmə həsr olunmuş nümayiş olunan əsərləri yaxından izləyə bilərlər. Əlavə məlumat aşağıdakı e-mail adreslərinə yazaraq və telefon nömrələrinə zəng edərək ətraflı məlumat ala bilərsiniz!
Ulviyyə Hüseynova, [email protected], 012 4217916 (212) Orxan Zamanov, [email protected], 055 854 41 65
Tədbirin köməkçiləri ilə də əlaqə saxlaya bilərsiniz: Elnure Isa Aytəkin Kərimli Leman Gulieva Ulviyya Garayeva
Bizi izləyin:
https://www.facebook.com/scienceparty2016/ https://www.facebook.com/events/1617129631923114/1619795554989855/?notif_t=admin_plan_mall_activity&notif_id=1479934117352483
#KhazarUniversityCareerCenter