Sosializasiya (Sosiallaşma) -Cəmiyyətin mövcud dəyər və normalarının fərdlərə öyrədilməsi prosesi olaraq təyin oluna bilər. Bu müddət ərzində şəxs, fərdi olduğu cəmiyyət içərisində necə davranacağını öyrənir. Eyni zamanda, fərdin sahib olduğu ya da cəmiyyət tərəfindən verilən rolların, sahib olduğu statusların tələb davranış formalarını və cəmiyyətin fərddən nələr gözlədiyini öyrənir. Sosiallaşma müddətində fərd öz cəmiyyətinin bir üzvü olmağı, cəmiyyəti tərəfindən qəbul edilən davranış formalarını, insanın davranışlarına istiqamət verən, bunları təyin edən fundamental ictimai və mədəni dəyərləri (normaları) öyrənir. Tək öyrənməklə kifayətlənməyib, bunları özünə uyğunlaşdırmaqla, buna uyğun dəyər və normalar istiqamətində davranmağa başlayır.
Seminar, Dövlət İdarəçilik Akademiyası və Türkiye ve Orta Doğu Amme İdaresi Enstitüsünün magistr dərəcəsini bitirmiş Hacıağa Əliyev tərəfindən həyata keçiriləcəkdir.
Seminarda iştirak pulsuzdur.
Əlaqə: (012) 595 06 30, (055) 754 15 54
Ünvan : Cognitar Co-Working Azerbaijan Zərgərpalan küçəsi, 133 (Nizami metrosunun çıxışı, sol bina)