Sosial inkişaf üçün sosial araşdırma

SEMİNAR / Təlim

Yüklənir..

Tədbir haqqında:

Sosial inkişaf üçün sosial araşdırma

SOSİAL İNKİŞAF ÜÇÜN SOSİAL ARAŞDIRMA

Layihənin təsviri

Layihə könüllü əsaslarla təşkil olunur və Caspian PlatForm tərəfindən dəstəklənir. Təlimin əsas məqsədi gənclərin araşdırma bacarıqlarının və biliklərinin artırılması üçün onlara araşdırma sahəsində vacib texnikaları, metodları və konseptləri aşılamaqdan ibarətdir. Dörd günlük təlim müddətində araşdırma sahəsində təcrübəli olan təlimçilər sosial elmlərdə istifadə olunan müxtəlif alətləri analiz edəcək, araşdırmanı hazırlamaq və həyata keçirmək haqqında ətraflı bilikləri iştirakçılarla bölüşəcək. Təlim iştirakçılara cəmiyyətdəki sosial problemləri müəyyən etməyi və sosial inkişaf üçün bu problemlərin ətrafında öz sosial araşdırmalarını aparmağı təşviq edəcək.

 Təlimin dili: Azərbaycan və ingilis

 Tarix: 22-25 dekabr, 2016

 Vaxt: 10:00-17:00

 Yer: Caspian Business Center, Caspian Platform

Tələblər

Layihədə iştirak etmək istəyən namizədlər aşağıdaki tələblərə cavab verməlidirlər:

 18-25 yaşlarında olmalı;

 Sosial araşdırma ilə bağlı yeni biliklər almağa maraqlı olmalı;

 Layihə bitdikdən sonra social araşdırma aparmağa həvəsli olmalı;

 22-25 dekabr tarixlərində layihədə iştiak üçün uyğun olmalı;

Xərclər

Təlimdə iştirak ödənişsizdir. İştirakçılar çay fasiləsi, nahar və sertifikatla təmin olunacaqlar.

Müraciət proseduru

Layihədə iştirak etmək üçün, təlimdə iştirak etmək məqsədinizi qısa şəkildə yazıb, CV-izlə birlikdə [email protected] ünvanına göndərin. Müraciət üçün son tarix 18 dekabr, saat 23:00-dək müəyyən edilmişdir.

Kriteriyalardan uğurla keçən şəxslərə 20 dekabr tarixinə qədər məlumat veriləcək.

Hər hansı bir sualınız olarsa, layihə rəhbəri ilə [email protected] e-mail adresi vasitəsilə

əlaqə saxlaya bilərsiniz.