“Qızıl toy” adlı filmi

TƏQDİMAT / Film

Yüklənir..

Tədbir haqqında:

“Qızıl toy” adlı filmi

Əziz dostlar!

13 dekabr 2016-cı il tarixində QN Uşaq Kino Məktəbinin şagirdləri tərəfindən çəkilmiş “Qızıl toy” adlı filmi təqdim edəcəyik.

Artıq bir ildir fəaliyyətə başlayan QN UKM ilk uşaq kino məktəbinin əsas məqsədi Azərbaycan kinosuna balaca peşəkarlar bəxş etməkdir. Məktəbin fəaliyyəti kino ilə adi tanışlıq səviyyəsində deyil, ssenari yazılmasından tutmuş qrim çəkilməsinə qədərdir. Məktəbdə aktyorluq fənnindən əməkdar artist Pərviz Məmmədrzayev, aktrisa Yana Nikitina, jurnalistikadan Feliks Vişnevetski, prodüserlikdən Vüqar Əliyev, kino tarixindən Nəsimi Əliyev, musiqidən Mədinə Babayeva, psixologiyadan Yeganə Kələntərli, operatorluqdan Nicat Fərəcov, daha əvvəllər isə Nadir Mehdiyev, rejissorluqdan Samir Kərimoğlu, montajdan Rəşad Manafov, fotodan Elona Artamonova, rəqsdən Ellada Süleymanova, dekorasiyadan Məmmədağa Hacıbəyov, kostyumdan Aygün Mahmudova və s. dərs deyir. Animasiya və praktika Qalib Mirzəliyevin rəhbərliyi altında keçir. Kastinqlər zamanı bir çox şirkətlər məhz QN Uşaq Kino Məktəbinə müraciət edirlər. Məktəbin yetirmələri Şər qarışanda, Ailə bir ağacdır kimi filmlərdə, eləcə də reklam çarxlarında çəkilib, hazırda bir neçəsi film çəkilişlərində iştirak edirlər. QN Uşaq Kino Məktəbinin şagirdləri artıq iki film çəkiblər: “Qızıl toy” və Birləşmə.
Nyu-York Film Akademiyasının nümayəndəsi Cek Nyuman Bakıya səfəri zamanı məktəbə baş çəkib və xaricdə belə məktəblərin demək olar ki yox səviyyəsində olduğunu bildirib, belə məktəbin fəaliyyət göstərməsini alqışlayıb və yaradıcı heyətə müvəffəqiyyətlər arzulayıb.

Tarix: 13 dekabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Xəritə