Code Academy ilə texnologiya sahəsində karyera imkanlarından danışacağıq. Yeni trend olan 3D printerlərin inkişafı ilə 3D modelləşdirmənin imkanları ilə ətraflı məlumatlar veriləcəkdir.
Texnologiya sahəsindəki yeniliklərdən və bu sahənin geniş imkanlarından danışaraq sizlər üçün yaranmış fürsətləri göstərəcəyik. Sadəcə Proqramlaşdırma sahəsinin inkişafı yox, eyni zamanda sistem inzibatçısı, veb dizayner, qrafik dizayner, 2D/3D modelləşdirmə, dijital media idarəçisi olaraq da bu sahədə karyera qurmaq mümkündür.
Biz yeni tədris ilinə hazırlaşırıq. Yeni tədris ilində hansı dərslərimiz olacaq, nələr öyrədiləcək, tədris hansı müddəti əhatə edəcək, nəticəsində nə əldə edəcəksiniz və bunun kimi bolluca suallarınızın olduğunu bilirik. Bütün bu suallara təşkil olunacaq İnfo Sessiyada cavab tapacaqsınız.
Code Academy-nin yeni tədris proqramlarından sizə uyğununu seçərək şəhərin mərkəzində yeni baş mərkəzimizdə təhsilinizə başlaya bilərsiniz.
1. Proqramlaşdırma (MCSD - Microsoft Certified Solution Developer)
2. Sistem Administrasiyası (MCSA, MCSE - Microsoft Certified Solution Associate and Expert - 2 beynəlxalq sertifikatlı)
3. Veb dizayn və Qrafika ( Adobe Photoshop, Illustrator, inDesign)
4. 2D/3D modelləşdirmə və vizualizasiya (Autocad, 3DMAX, VRAY, Photoshop)
5. Digital Media İdarəçiliyi (SEO, SEM, SMM, Dijital Reklamçılıq)
6. Microsoft Office ( MOS - Microsoft Office Specialist)
Çayımızdan, kofemizdən dadaraq sizi gözləyən gələcəklə tanış olun. Gələcəyinizi bizimlə qurun.
Tarix: 03 Dekabr - 14:00 - 15:30
Məkan: Nizami 203B, AF Business House 3-cü mərtəbə. Yüksək Texnologiyalar Parkı. (Səməd Vurğun bağına paralel küçədə Fresco marketin yanı)
Müraciət üçün: https://goo.gl/forms/RexZZ9TJ6A5EZK3h2
Açılış öncəsi qiymətlərdən faydalanmaq istəyənlər üçün özəl endirimlərimiz də olacaqdır. Qəbul üçün yerində qeydiyyat aparılacaqdır.