Azərbaycan Startup Festivalı

YARIŞMA / Elm və texnologiya

Yüklənir..

Tədbir haqqında:

Azərbaycan Startup Festivalı

Startup dünyası üçün rəngli bir həftə.

Gəncədə yaşanacaq Startup həyəcanına hazır olun.
ASAN Könüllüləri Təşkilatı və Startup Azərbaycanın birgə təşkilaçılığı ilə 25-30 Noyabr tarixində Gəncə şəhərində “Azərbaycan Startup” Festivalı baş tutacaq.

Təbii ki startupa yeni addım atmış hər bir şəxs, uğurlu startupçılarla görüşmək, uğurlu startupçı olmaq üçün nələr lazım olduğunu onların dilindən eşitmək, startup mədəniyyətini yaxından tanımaq, müxtəlif startupçlarla fikir mübadiləsi aparmaq istəyir.
Azərbaycan Startup festivalı da elə bu səbəbdən yarandı və 25-30 Noyabr uğurlu startupçı olmaq istəyən hər kəsin yolunu gözləyir.

Ölkəmizdə startupın inkişafına dəstək vermək, yeni startupçıların əlaqələrini genişləndirməsinə şərait yaratmaq, eyni zamanda startupların yaradılmasını stimullaşdırmaq və startup ekosistemini inkişaf etdirmək məqsədilə keçirilən Azərbaycan Startup Festivalın çərçivəsində “1-ci Beynəlxalq Startup Akademiyası:Gəncə 2016” layihəsi və “Startup Günləri ” (startupdays.startup.az) layihələri birgə baş tutacaq.

Startup ideyası olan, öz startupını qurmaq istəyən, İT sahəsində fəaliyyət göstərən hər bir gənc bu festivalda iştirak etmək üçün müraciət edə bilər.

Beynəlxalq təcrübə, maraqlı görüşlər,müsabiqələr, hədiyyələrlə zəngin bu festivala müraciətlər 1 noyabr tarixinədək http://startup.asanyouth.az/ünvanında qəbul olunacaq.