Prezentasiya : Amerikada təhsil

SEMİNAR / Elm və texnologiya

Yüklənir..

Tədbir haqqında:

Prezentasiya : Amerikada təhsil

Əgər Amerikada təhsil ilə maraqlanırsınızsa sizləri 4 Dekabr saat 14:00-dan 15:00-a dək Amerikada təhsil haqqında bütün məlumatları əldə edə biləcəyiniz prezentasiyamıza dəvət edirik.

Prezentasiya Ingilis dilində aparılacaqdır və qeydiyyatdan keçmək mütləqdir.

Amerikada yerləşən universitetlər daim dünyanın diqqətində olmuşdur,reytinq baxımından hər zaman ön sıralarda olan bu universitetlər tələbələrə geniş imkanlar təqdim etməkdədir.Dünyanın ən yaxşı 100 Universitetinin sıralamasına baxsaq burada bir çox Amerikan universitetlərini görmək olar.

Amerikada təhsil alan tələbələr İngilis dilini inkişaf etdirməklə bərabər dünyanın bütün ölkələrində tanınan beynəlxalq diplom əldə edir.Prezentasiyada haqqında məlumat veriləcək universitetlərin məzunları öz sahələrində məşur insanlardır.Məsələn hal hazırda Apple korporasiyasının rəhbəri olan Tim Cook Auburn Universitetinin məzunudur.Digər bir universitetə nəzər yetirsək Amerikada ən geniş 2-ci kampusa sahib olan University of Central Florida Xarici tələbələr tərəfindən ən çox seçilən universitetlərdəndir.

Ümumiyyətlə Amerikada olan 3500-dən çox universitet və kolleclər sizə karyeranıza mükəmməl başlanğıc etməyiniz üçün bütün yardımı göstərəcəkdir.

Niyə məhz Amerika ?

Amerikada yerləşən universitetlər daim dünyanın diqqətində olmuşdur,reytinq baxımından hər zaman ön sıralarda olan bu universitetlər tələbələrə geniş imkanlar təqdim etməkdədir.Dünyanın ən yaxşı 100 Universitetinin sıralamasına baxsaq burada bir çox Amerikan universitetlərini görmək olar.Şübhəsiz ki, bir çox tələbənin ali təhsil üçün Amerikanı seçməsinin əsas səbəbi universitetlərin akademik müvəffəqiyyətləridir. 2015-2016 QS Dünya Universitetlər Sıralamasına görə dünyadakı ən yaxşı 20 universitetdən 11-i, 2015-2016 Times Higher Education sıralamalarına görə isə 15-i Amerikada yerləşir. Xaricdə təhsil almağın tək üstünlüyü əlbəttə yalnız o ölkənin dilini çox yaxşı dərəcədə öyrənmək deyil. Bunun xaricində, xarici bir ölkədə yaşamaq tələbələrə daha dünya görüşlü olmalarının və daha geniş bir məqsədə sahib olmalarının önünü açır.

Prezentasiyada haqqında məlumatlar veriləcək universitetlərin siyahısı :

1.Auburn University.

2.University of Central Florida.

3.University of Pacific.

4.University of Kansas.

5.Florida International University.

6.Adelphi University.

7.American University.

8.Louisiana State University.

9.University of South Carolina.

10.University of Massachusetts

11.Florida Atlantic University

12.University of New Hampshire

13.Full Sail University

14.Humboldt State University

15.Southern Illinois University Edwardsville

16.University of Kentucky

17.University of Minnesota Duluth

18.University of Wisconsin-Superior

19.West Texas A&M University

20.Western Kentucky University

21.York College Nebraska

22.Geroge Mason University

23.Drew University

24.University of South Florida

25.Colorado State University

26.Marshall University

27.Oregon State University

28.Saint Louis University

29.California State University Monterey Bay

30.Suffolk University

31.James Madison University

32.Vermont University

33.Long Island University

34.Roosevelt University

35.Merrimack College

36.The City College of New York

37.Texas A&M University Corpus Christi

38.Widener University

Bütün Universitetlərdə təhsil haqqı ödənişlidir,minimum təhsil haqqı illik 15.000 Abş dollarından başlayır.

Ünvan : Abşeron Marriott Oteli - Azadlıq meydanı 674, Bakı , Azərbaycan

Xəritə