Pulsuz PILATES dərsləri! / Бесплатые уроки ПИЛАТЕС!
Əziz xanımlar, sizi 15 noyabr və 19 noyabr saat 17:00-da, Lala Beauty Spa Centerdə keçiriləcək pulsuz pilates dərlərinə dəvət etməkdən məmnunluq duyuruq. Giriş sərbəstdir.
Dərslərin əsas məqsədi:
Pilates son zamanlarda məşhurlaşmış, Türkiyədə Ebru Şallının adı ilə mediaya gələn idman növüdür ki, hal-hazırda Azərbaycanda daha yenidir. Sırf qadınlarımızı sağlamlığa çox faydalı olan bu idman növü ilə tanış etmək üçün uzun müddətdir bu sferada işləyən təcrübəli treyner Gülər İsmayılova dərslər zamanı fərdi konsultasiya etməklə yanaşı, pilates və başqa idman növləri (aerobika, streçing, trenajor və s.) arasındakı fərqlərdən bəhs edəcəkdir. İstənilən hərkəs göstərilən tarixdə və saatda mərkəzimizə yaxınlaşıb tam ödənişsiz şəkildə dərslərdən faydalana bilər.
Pilates nədir?
Bu asan məşq olunan, lakin çox effektiv idman növüdür ki, insanın həm əzələ, həm də sümüklərinin sağlam və elastik fəaliyyətini təmin edir. Onun sayəsində insan daha yaxşı nəfəs alır, qaməti düzəlir, əzələləri möhkəmlənir, qan dövranı və daxili orqanlanların fəaliyyəti yaxşılaşır, əhvalı yüksəlir. Klassik məşqlərdə zəif əzələlər zəifləməyə, güclü əzələlər güclənməyə meyl göstərir lakin pilates zamanı nəinki böyük əzələlər hətta klassik məşqlərdə hərəkətə gəlməyən ən xırda əzələlər belə fəaliyyətə başlayır. Bədənlərinin fiziki quruluşundan asılı olmadan istənilən şəxs pilates ilə məşğul ola bilər.
Pilatesin faydaları:
• Bədəndə tarazlıq, güc və elastiklik yaradır;
• Duruş pozğunluğuna səbəb ola bilən skelet sistemi problemlərindən qoruyur;
• Çəkinin itirilməsinə yardımçı olur və bədəndə relyef yaradır;
• Bədən duruşunu, qaməti düzəldir;
• Bel və kürək ağrılarının meydana gəlməsinə mane olur, skolyoz problemlərini həll edir;
• Bel yırtığında, oynaqlarda, ayaqlarda yaranan ağrıları azaldır;
• Yorğunluğu aradan qaldırır və gündəlik fəaliyyəti artırır ;
• Osteartrit, osteoparoz, onurğa, oynaq, çiyin problemlərinin həlli üçün effektivdir.