Prezentasiya : Hollandiyada təhsil

SEMİNAR / Elm və texnologiya

Yüklənir..

Tədbir haqqında:

Prezentasiya : Hollandiyada təhsil

4 Dekabr 2016 tarixində keçiriləcək olan Hollandiyada təhsil prezentasiyasına qatılmağa tələsin.Prezentasiya 19:00-dan 20:00-dək dəvam edəcəkdir. Qeydiyyatdan keçmək zəruridir və yerlər məhduddur. http://azeristudent.az/events/24

Əvvəldən olduğu kimi bu gün də bənzərsiz mədəniyyətini qoruyan Hollandiya dünyadakı ən inkişaf etmiş ölkələr arasında yer almaqdadır. Bu kiçik ölkə 16 milyonluq yaxşı təhsilli əhalisi ilə dünyadaki ən varlı 15 ölkədən biridir. Hollandiyanın dünyada ən çox tanınan Philips, Heineken, ING Bank, Shell və KLM kimi beynəlxalq brendləri bu ölkənin iqtisadiyyatının inkişaf səviyyəsini göstərir. Hollandiya ingilis dilində təhsil təklif edən ilk qeyri - ingilisdilli ölkədir. Bu ölkənin ali təhsil müəssisələri ingilis dilində təxminən 1150 tədris proqramları təklif edir. Kiçik ölkə olmasına baxmayaraq, Hollandiyanın kimya, fizika, tibb, iqtisadiyyat sahələri üzrə 18 Nobel mükafatçısı var.

Bütün dünyada yüksək işə götürənlər tərəfindən, Hollandiyada təhsil alan mütəxəssisləri yüksək qiymətləndirirlər. Xüsusilə Hollandiya biznes, mühəndis, memar və İT mütəxəssisləri ilə məşhurdur, lakin digər sahələr üzrə məzunlar da qlobal iş bazarında rəqabətə tam hazır hesab olunurlar.

Tədris proqramlarının təcrübə ilə sıx əlaqələndirilməsi Hollandiya təhsil modelinin üstün cəhətlərindəndir. Tədris planları işəgötürən müəssisələrin tövsiyələri nəzərə alınmaqla tərtib olunur.Universitetlər, öz sərbəstlikləri içərisində araşdırmağa yönəlmiş akademik ya da peşəkar təməlli təhsillər təklif edir.Təhsil müddətində Universitetlər, tələbələri birbaşa kariyeralarına hazırlayan, təcrübələrinin artırılmasına əsaslanan xüsusi proqramlara da yer verir. Hollandiyada Universitet təhsil qiymətiləri digər ölkələrə görə olduqca sərfəlidir.

Hollandiya Universitetlərində bakalavr proqramlarının qiymətləri: 7.500 - 11.000 Avro, Magistratura proqramlarının təhsil qiymətləri isə 10.000 - 15.000 Avro arasında dəyişməkdədir.

Ünvan: JW Marriott Absheron Baku - 674 Azadlıq Meydanı, Bakı,Azerbaycan

Xəritə