Yüklənir..

Tədbir haqqında:

Çay Saatı

İsti-isti mövzuları müzakirə edib, həftə sonunuzu yaxşı dəyərləndirmək istəyirsinizsə yolunuzu #HeadwayLD’dən salın.
Bizim düsturumuz sadədir,
Kəklikotulu çay + səmimi insanlar + danışmağa maraqlı mövzu= 12 Noyabr Headway.


Bu şənbə “Çay Saatı”nda iştirak edəcək qonağımız özünü, “sözlə arasında pərdə olmayan sadə Azərbaycan vətəndaşı” adlandırsa da, biz haqqında qısa məlumat verməyi qərara aldıq. Qonağımız Xətai Əli Beat Grup-da işləyir və o əsl mənada öz sözünü deyən “Xatalarsozu” səhifəsinin yaradıcısıdır. Xətai Əli #dmc2016-dakı “And Dağları” çıxışı ilə “Qafqaz Dağları”nın fərdlərinin ürəyini qazanan spikerlərdəndir. şənbə günü isə O, “Cıdır Düzü” mövzusu daxilində, özünü düzgün ifadə etmək, düzgün fikir bildirmək, düzgün yazmaq və gündəmə düzgün münasibət bildirməkdən danışacaq, və Sizlərlə düzgün müzakirələr aparacaq. Düz və düzgün olan hər kəsi ofisimizdə gözləyirik. :)
İştirak ödənişsizdir.
Yerlər məhdud saydadır.
İştirakınız üçün qeydiyyat formunu doldurmalısınız: https://goo.gl/forms/7HtIMVYMVHiJlMCA3
Tarix: 12 noyabr
Saat: 18:00
Ünvan: 28 may, Səməd Vurğun bağının yaxınlığı, AF Business House, 5-ci mərtəbə
Əlaqə: 012 599 04 16/055 494 04 16 #HeadwayLD #ÇaySaatı

Xəritə