NƏ VAR, ODUR
YARAT Müasir İncəsənət Mərkəzi, Bakı, Azərbaycan
11 noyabr 2016 – 29 yanvar 2017
YARAT Müasir İncəsənət Məkanı, sizi azərbaycanlı rəssam Faiq Əhmədin Nə var, odur adlı fərdi sərgisinə dəvət edir. Sərgidə ənənəvi Azərbaycan icmalarında gender münasibətləri və sosial strukturları araşdıran 6 yeni monumental əsər nümayiş etdiriləcək.
Faiq Əhməd, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə söykənən və köklü transformasiyalar edən toxunma əsərləri ilə tanınır. O, paytaxt Bakıdan kənarda yaşayan azərbaycanlıların sosial mühitinin araşdırılmasından qaynaqlanan yeni silsilə əsərlər yaratmağa başlayıb.
Sərginin adı (Nə var, odur), təmkinlik hissini, keçmişdə uzun illər hər şeyin necə var, elə qəbul edilməsinə yanaşmanı vurğulayan qədim Azərbaycan kəlamından götürülüb. Bu, həyatla razılaşmağı və barışmağı ifadə edən mental durumdur.
Rəssamın ayrı-ayrı region səfərlərində apardığı müsahibə və söhbətlər, yeni əsərlərinə özünəməxsus sətiraltı şərhlərdir və həmin əsərlərdə ənənəvi Azərbaycan cəmiyyətinə xas olan rəmzi jestlər, ayinlər və inanc obyektlərin ab-havası duyulur. Faiqin əsərləri - yox olan mədəniyyət normalarının dərk edilməsi istiqamətində qətiyyətli çağırışdır. Həmin əsərlər büsbütün qəm-qüssədən azad olmaqla yanaşı, Asiya və Avropanın, Şərq və Qərbin kəsişmələrində yer alan adət-ənənələri Şərq təcrübələri kimi qələmə verir. Bu isə seksuallıq və ölüm ilə ənənəvi münasibətləri araşdıran, sosial qadağalara və fərdi travmalara ünvanlanan yeni heykəllər, filmlər, rəsmlər və toxunma əsərləri silsiləsi ilə nəticələnir.
Sərginin kuratoru Björn Geldhofdur.
Sərgi: Nə var, odur
Keçirilmə məkanı: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanının yaxınlığı, Bayıl, AZ1003)
Keçirilmə tarixləri: 11 noyabr 2016 – 29 yanvar 2017
Sərginin iş rejimi: Çərşənbə axşamı - Bazar, 11:00 - 20:00.
Giriş sərbəstdir.
Rəssam haqqında:
Faiq Əhməd 1982-ci ildə Sumqayıtda anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsini bitirib. 2007-ci ildə Azərbaycanı Venesiya Biennalesində ilk milli pavilyonda təmsil edib və 2013-cü ildə Sevir -Sevmir (Love Me, Love Me Not) sərgisində iştirak edib. Faiq Əhməd öz əsərlərini dünyanın bir çox yerində, o cümlədən Nyu-York, Paris, London, Berlin, Dubay, Moskva və BƏƏ-də keçirilən bir sıra qrup və fərdi sərgilərdə nümayiş etdirib. 2013-cü ildə rəssam Londonun tanınmış Viktoriya və Albert Muzeyinin Jameel Prize 3 mükafatına layiq görülüb. Faiq Əhmədin əsərləri Los-Anceles Dairəsi İncəsənət Muzeyində və Sietl İncəsənət Muzeyi, Palm Springs İncəsənət Muzeyinin ictimai kolleksiyalarında, həmçinin Qərb Kolleksiyası (Filadelfiya), Bet Rudin De Vudi kolleksiyası (Nyu-York) Galila’s kolleksiyası (Brüssel), Ranza kolleksiyası (Roma), Jameel Fondu (London) və Zati-aliləri Şeyx Zayed bin Sultan Xəlifə Əl-Nahyanın (BƏƏ) şəxsi kolleksiyalarında saxlanılır. Təkcə bu il Faiq Əhmədin əsərləri Boston Təsviri Sənət Muzeyi, Belvyu İncəsənət Muzeyi, Klivlend Müasir İncəsənət Muzeyi, Miluoki Rəssamlıq və Dizayn İnstitutu, Sidney Tətbiqi İncəsənət və Elmlər Muzeyi və Hobart şəhərində (Tasmaniya, Avstraliya) yerləşən Qədim və Müasir İncəsənət Muzeyində (MONA) nümayiş etdirilib. Faiq Əhməd Bakıda yaşayır və fəaliyyət göstərir.
YARAT haqqında ətraflı məlumat üçün: www.yarat.az
Məlumat və şəkil əldə etmək istəyən KİV-lər üçün əlaqə:
Hökümə Kərimova
Telefon: +99 450 2746747
Email: [email protected]