Beynəlxalq Ətraf Mühit Sərgisi

SƏRGİ / Turizm

Yüklənir..

Tədbir haqqında:

Beynəlxalq Ətraf Mühit Sərgisi

7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi
 
AZƏRBAYCAN-ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ
 
Azərbaycan - “Yaşıl iqtisadiyyat” yolunu seçmiş sürətli inkişaf edən ölkədir.
 
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi respublikada aparılan sosial iqtisadi islahatların tərkib hissələrindən biridir.
 
Ölkə rəhbərliyinin daim ekologiya ilə əlaqədar məsələləri diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermiş, bu istiqamətdə iri layihələr uğurla həyata keçirilmiş və hazırda da davam etdirilir.
 
 
 
HÖRMƏTLİ PEŞƏKARLAR!
 
Sizi, Xəzəryanı və Qafqaz regionlarında mühüm hadisə olaraq, ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən “Caspian Ecology” 2016 - Azərbaycan Beynəlxalq Sərgisində stendlə iştirak etməyə dəvət edirik. Azərbaycanda biznesinizin inkişafı üçün ən əlverişli vasitə olan Caspian Ecology sərgisi bu sahədə fəaliyyət göstərən yerli və xarici şirkətləri öz meydançasında bir araya gətirir. Hazırkı sərgidə iştirak etmək, sizə yeni işgüzar əlaqələrin qurulması, bazarın təhlili, dövlət strukturlarının rəhbər və mütəxəssisləri ilə görüş, həmçinin sərgiyə qədər, sərgi zamanı və sərgidən sonra geniş reklam kampaniyalarından faydalanmaq üçün səmərəli imkan yaradacaq.
 
 
 
SƏRGİNİN BÖLMƏLƏRİ
 
Bərk tullantılar
Su və tullantı sular
Səsin izolyasiyası, hava və torpaq çirklənməsi
Lil
Dayanıqlı istehlak sənayesi
Qaz tullantıları
Yanacaq sənayesi
Yaşıl enerji
Ümumi avadanlıqlar
Şəhər ətraf mühit üçün təmizləyici nəqliyyat vasitələri və qurğuları
Emal sənayesi
Elm, tədqiqat və inkişaf
Ölçmə və nəzarət texnologiyaları
Landşaft və dizayn

Xəritə