Rəssamın yanında sənədli filmi

TƏQDİMAT / Film

Yüklənir..

Tədbir haqqında:

Rəssamın yanında sənədli filmi

Böyük məmnunluq hissi ilə YARAT Akademiyasının tələbələrini və bütün incəsənət vurğunlarını YARAT Film Klubu çərçivəsində keçiriləcək Rəssamın yanında sənədli filmin nümayişinə dəvət edirik.

RƏSSAMIN YANINDA (ABŞ, 2012, 106 dəq., 18+)
Rejissorlar: Metyu Eykers, Cefri Düpre

Metyu Eykers və Cefri Düprenin sənədli filmi, rəssam Marina Abramoviçin yaradıcılıq həyatının ən vacib hadisələrdən birinə, Nyu-York Müasir İncəsənət Muzeyində (MoMa) öz retrospektiv sərgisinə hazırlaşmasından bəhs edir. Sözügedən sərgi, MoMa tarixində ən böyük performanslardan biri olub. Belə ki, sərgiyə gələn ziyarətçilər rəssamın ən seçilən və ara qarışdıran performanslarını tamaşa etməklə yanaşı, onlarda şəxsən iştirak etmək imkanını da qazanıblar. Performanslardan biri, nə az, nə çox düz 736,5 saat davam edib (arzu edən hər kəs 30 dəqiqə Abramoviçin gözlərinə baxmaq imkanına malik olub). Bunu bacaranlar, sadəcə iştirak etmək deyil, indi və burada olmağın nə olduğunu dərindən dərk ediblər.

Keçmiş Yuqoslaviyadan olan əfsanəvi rəssam Marina Abramoviçi tez-tez performansın nənəsi adlandırırlar. Bu gün sözügedən incəsənət növündə onun demək olar ki, tayı-bərabəri yoxdur və o, ilk dəfə incəsənət aləminin diqqətini özünə hələ 1974-cü ildə cəlb edib.
Marina bu gün də dünyanın ən aktual rəssamlarından biri sayılır. Belə ki, onun yaratdığı performanslar gündəlik məişət çərçivəsindən kənara çıxmağa və təfəkkür sərhədlərini genişləndirməyə imkan verir.

Film ingilis dilində nümayiş olunacaq.

Tarix: 8 noyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir.

Xəritə