Əmək Hüququ Seminarı

SEMİNAR / Kariyera

Yüklənir..

Tədbir haqqında:

Əmək Hüququ Seminarı

Mövzu: İşçilərin hüquqları və vəzifələri;

Bütün işləyənlərin iş yerində bir çox hüquqları var və bunu bilməmələri qarşılığında gələcəkdə onlar üçün problemlər yaranır. İş prosesində işçi sahibkar arasında olan hüquqi tənzimləmələr, həmçinin problem yaranarsa hüuquqi cəhətdən necə həll olunmalı mövzusunda Azərbaycanda təəssüfki məlumat çox azdır. Seminarın məqsədi də insanlara iş prosesində öz hüquq və vəzifələrini bilmələrinə yardım etməkdir.

Təlimçilər: Hüquqşünaslar Əmiraslan Yusifov və Orxan Quliyev;

Əmiraslan Yusifov – Aparıcı Hüquqşünas, “Business Service Centre” MMC
30-dan artıq tanınmış şirkətlin daxili hüquq məsələlərinin tənzimlənməsi sahəsində iş təcrübəsi, “Keyfiyyətin idarə olunması üzrə ISO” sertifikatı və “Əməyin mühafizəsi və texniki təhlükəsizliyi” üzrə sertifikatları var

Orxan Quliyev – İR üzrə Aparıcı Mütəxəssis, “Business Service Centre” MMC
Orxan bəy bir çox tanınmış şirkətin daxili hüquq məsələlərinin tənzimlənməsi sahəsində təcrübəsi var. Həmçinin Hüquq sahəsində şirkətlərdə seminar və təlimlər keçmişdir. Bundan əlavə “Keyfiyyətin idarə olunması üzrə ISO” sertifikatı və “Əməyin mühafizəsi və texniki təhlükəsizliyi” üzrə sertifikatları var.

Seminar proqramı:
1. Əmək hüququna Giriş
– Ümumi özümüz barədə məlumat- Giriş.
– Təlimin əhəmiyyəti;
– Təlimin məqsədi;
– İşə qəbul;
– Məzuniyyət hüququ;
– Məzuniyyətin növləri;
– Sual-cavab

2. Əmək müqviləsinə xitam və Elektron hökumət portalı
– Əmək münasibətlərinə xitam proseduru;
– Əmək münasibətlərinə xitam verərkən işçinin təminatları;
– Elektron hökumət portalı nədir?
– Elektron hökumət portalından qeydiyyat;
– Elektron hökumət portalı faydaları;
– Yekun sual-cavab

Qeyd. Seminarda iştirak tamamilə ÖDƏNİŞSİZDİR. İştirak etmək istəyənlər online qeydiyyat linkində qeydiyyat keçməlidirlər. Tələsin yerlər məhduddur!

6 noyabr saat 15:00-18:00

Online Qeydiyyat Linki: http://bit.ly/1wLgcEw

Young Business Factory Mərkəzi Ofisi
Ünvan: Caspian Plaza III korpus, 12-ci mərtəbə
Məlumat və rezerv üçün əlaqə nömrələri:
Tel: (012) 492 36 67
Mob: (055) 373 50 66
Email: [email protected]