Multikulturalizm və Tolerantlıq fotomüsabiqəsi

YARIŞMA / Foto

Yüklənir..

Tədbir haqqında:

Multikulturalizm və Tolerantlıq fotomüsabiqəsi

Dostlar,

Sizi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən Multikulturalizm və Tolerantlıq fotomüsabiqəsinə qatılmağa dəvət edirik.

Layihənin əsas məqsədi azərbaycan gəncləri tərəfindən adı çəkilən anlayışların dərk olunması və təbliğidir.

Müsabiqənin şərtləri:

1. Müsabiqədə iştirak edəcək fotoşəkillər sizin multikulturalizm/tolerantlıq haqqında olan anlayışınızı əks etdirməlidir.
2. Foto sizə məxsus olmalıdır. Digər mənbələrdən götürülən şəkillər müsabiqədə iştirak edə bilməz.
3. Foto mobil telefon və ya kameraya çəkilə bilər. Şəkilin keyfiyyəti 3 megabaytdan aşağı olmamalıdır.
4. Müsabiqədə iştirak etmək üçün fotolarınızı adınız və soyadınızı, yaşınızı və elaqə telefonunuzu qeyd etməklə [email protected] elektron ünvanına göndərin.

Son müraciət tarixi – 3 noyabr 2016.

Fotoişlərin seçimindən sonra müsabiqənin finalçıları üçün 2 foto təlim və mövzuya aid filmin nümayişi təşkil olunacaq.

Lahiyənin sonunda seçilmiş fotoların sərgisi baş tutacaq.