Ürəyivə sal elektron musiqi performansı

Tamaşa / Nümayiş

Yüklənir..

Tədbir haqqında:

Ürəyivə sal elektron musiqi performansı

Oktyabrın 28-i YARAT Müasir İncəsənət Mərkəzində ilk dəfə “ÜRƏYİVƏ SAL” adlı elektron musiqi layihəsi ilə ALBİNA & İSLAM eksperimental dueti çıxış edəcək.

Gənc musiqiçilərin qarşılarına qoyduğu başlıca məqsəd, XX və XXI əsrlərin kəsişməsində yerləşən Azərbaycan musiqi irsini yenidən mənalandırmaqdır. Layihənin missiyası müasir elektron işləmələr vasitəsilə Azərbaycan məşhur mahnılarının populyarlığını qaytarmaq, tanış melodiyaları yeni işlənmələrdə nümayiş etdirmək, onlara dinləyicilərin qəlbini fəth etməyə imkan verməkdir.

Albina: Bizim musiqi, Azərbaycanın musiqi keçmişi həmişə mənə maraqlı olub. Bu mənim üçün doğma, gözəl və zəngindir. Mən bir ilə yaxındır ki, Azərbaycan estrada mahnılarının akustik kaver (məşhur mahnıların yeni müəllif kompozisiyası) versiyaları üzərində işləyirəm, amma hansısa məqamda kaverlər və akustik janr azlıq etməyə başladı və biz İslamla bu layihəni fikirləşdik. Çünki elektron musiqi aktual mədəniyyətin, müasir musiqi səhnəsinin ayrılmaz hissəsidir. Onun köməyi ilə Azərbaycan estrada mahnılarına ikinci həyat vermək mümkündür və biz, hal-hazırda bu işlə məşğuluq.

İslam: Azərbaycanın rəsmi, hamı tərəfindən qəbul edilmiş musiqi irsindən savayı, elə mahnılar var ki, onlardan utanırlar. Onlarla fəxr etmək olmur. Bu mahnılar musiqi baxımında çox maraqlı dövr olan XXI əsrin ilk illərinin pop-mahnılarıdır. Onlardan başqa, məni muğam və meyxana da cəlb edir. Bizim musiqi - yaradıcılıq üçün nəhəng meydandır. İndi öz musiqi baqajımız ilə eksperimentlər etmək çox maraqlıdır. Mən ona layiq olduğu yeni nəfəsi bəxş etmək istəyirəm. Eksperimentlərdən qorxmaq lazım deyil. Bizim trek siyahımızda Rəşid Behbudov Aygün Kazımova ilə eyni sırada dayanıb və hər iki mahnı mənim üçün dəyərlidir.

28 oktyabr, saat 20.00
YARAT Müasir İncəsənət Mərkəzi
(Dövlət Bayrağı Meydanının yanı)

Telefon: (+99412) 505 14 14
Giriş sərbəstdir

Xəritə