“Müqəddəs inək” filmi

TƏQDİMAT / Film

Yüklənir..

Tədbir haqqında:

“Müqəddəs inək” filmi

18 oktyabr 2016-cı il tarixində YARAT Müasir İncəsənət Mərkəzində gənc rejissor İmam Həsənovun “Müqəddəs inək” filminin Azərbaycandakı premyerası baş tutacaq.

“Müqəddəs inək” (Azərbaycan, Almaniya, Rumıniya, Qatar, 2015, 77 dəq.)

Ssenari müəllifi və rejissor: İmam Həsənov
Quruluşçu operator: Sərvər Cavadov
Prodüserlər: Andra Popesku, Veronika Janatkova, Stefan Kloos

Film müasir Azərbaycan kənd həyatından və sakinlərin mentalitetindən bəhs edir. Filmin qəhrəmanı Tapdıq Avropa cins inəyi almaq istəyir, evdə həyat yoldaşı bu yeni fikri alqışlamır, hətta alandan sonra belə inəyi qısqanır. Kənd ağsaqqalları “Avropadan arvad ala bilərsən, amma inək gətirə bilməzsən”, deyə ona qarşı çıxırlar...

Film bir neçə beynəlxalq festivalda iştirak etmişdi, o cümlədən: IDFA “First Appearance Competition” (Amsterdam), Hot Docs – “World Showcase” (Toronto), One World (Praqa).

Film Azərbaycan dilində nümayiş olunacaq.

Tarix: 18 oktyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir.

Xəritə

Tədbirə aid olan taqlar: