Yüklənir..

Azercell

Azercell

Azercell Telekom MMC ən çox bazar payı və 4 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur.

Azercell-in əsas təsisçisi - İsveç, Finlandiya, İspaniya, Türkiyə, Rusiya, Estoniya, Nepal və digər ölkələr kimi 20-dən çox ölkədə filial-müəsissəsi olan və ümumi sayı 460 milyondan çox əhaliyə xidmət göstərən Telia Company şirkətidir. Telia Companu Avrasiyada mobil rabitə sahəsində güclü mövqeyə malik qabaqcıl telekommunikasiya holdinqlərindən biridir.

Azercell şirkətinin hazırkı 100% sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş," şirkətidir.

Azercell 1996-cı ilin yanvarında təsis edilmiş və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri oldu.

Azercell ölkənin telekommunikasiya sektorunun inkişafına və sosial rifahının artırılmasına yönəlmiş layihələri çərçivəsində ümumi məbləği 1 mlrd. ABŞ dollarından artıq sərmayə qoymuşdur. 


Məqsədimiz Yeni Nəsil Telekommunikasiya şirkətinə çevrilmək üçün Telia Company şirkətini növbəti səviyyəyə çatdırmaqdır. İşgüzar fəaliyyətimizi genişləndirmək və gündəlik işimizdə həvəslə çalışmaq üçün həqiqətən müştərilərimizin şərtlərinə uyğun xidmət göstərməliyik.

Məqsədimiz bunlara nail olmağın yollarını göstərir:
Müştərinin şərtlərinə əsaslanaraq dünyanı daha da yaxın edək.

  • Müştərilərimizə ehtiyaclarını qarşılayacaq həlli yolları təqdim etmə
  • Bir birimizi dəstəkləmək, hörmət etmək və dürüst olmaq
  • Dünyamız, məsuliyyətli davranaraq və etik qaydalara riayət edərək
  • İşin icrası, praktik qərarlar qəbul etmək və sürətlə təmin edərək
  • Komanda işi, şəffaf ünsiyyət, fəal əməkdaşlıq və biliklərimizi bölüşərək
  • Əməliyyatlarımız, səmərəli proses və təmiz mülkiyyətçiliyi reallaşdıraraq